Slimfit
  1. DÜNYA

Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı

Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı
Sakura

Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı

“Dmanisi rayonunda baş vermiş qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb”.

Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaqlar: “İnsidentlə bağlı istintaq davam etdirilir”.

DİN başçısı qeyd edib ki, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub.

V.Qomelauri əlavə polis qüvvələrinin bu gecə ərzində Dmanisidə qalacaqlarını bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR