Dərc edildi: Baxış sayı: 601
Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək.
Gürcüstanın hökumət dəftərxanasından "Report"un Gürcüstan bürosuna bildirilib ki, səfər iki gün davam edəcək.
Səfər çərçivəsində Gürcüstan hökümətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Bu görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət