Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi azalıb
2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstanın neft və neft məhsulları idxalının dəyəri illik müqayisədə 0,1% azalaraq 150 352,3 min dollar təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib. Hesabat dövründə idxal edilən neft və neft məhsullarının bu ölkənin ümumi idxalındakı payı 7,5% təşkil edib.
Yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 9 344,8 min dollar dəyərində neft və neft məhsulları idxal edib ki, bu da qonşu ölkənin bu kateqoriyadan olan məhsul idxalının 6,2%-nə bərabər olub.
Qeyd edək ki, hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi 23 544.,9 ton təşkil edib ki, bu da illik müqayisədə 40,2% azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət