Dərc edildi: Baxış sayı: 436
Gürcüstanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib
Gürcüstanın Azərbaycandakı səfirliyi dövlət bayraqlarını endirib.
"Report" xəbər verir ki, bu addım Tbilisidə yerləşən yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədi ilə atılıb.
Baş vermiş hadisə ilə əlaqədar yanvarın 17-si Gürcüstanda matəm günü elan olunub.
Xatırladaq ki, daha əvvəl Tbilisidə baş vermiş partlayışda 4 nəfərin, o cümlədən 4 yaşlı uşağın öldüyü bildirilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət