Slimfit
  1. CƏMİYYƏT

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq
Sakura

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

Sabah Gürcüstandan 281 nəfərin Azərbaycana təxliyəsi təşkil olunacaq.

Ens.az xəbər verirki,bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, biri Türkiyə, digəri isə Ukrayna vətəndaşıdır.

Bu gün onlar Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı test olunublar. Nəticələrin sabah səhər açıqlanacağı gözlənilir.

COVID-19 aşkarlanmayan şəxslər sabah səfirliyin təşkilatçılığı ilə 5 avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq.

Səfirlikdən qeyd olunub ki, Gürcüstan vətəndaşlarının Azərbaycana növbəti təxliyəsi sentyabrın 8-nə nəzərdə tutulub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR