Slimfit
  1. DÜNYA

Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq
Sakura

Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

 Gürcüstanın Mərkəzi Seçki Komissiyası(MSK) prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi açacaq.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, xarici ölkələrdə seçki məntəqələri sentyabrın 28-dən gec olmayaraq yaradılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

A.Mikeladze xaricdə olan Gürcüstan vətəndaşarının prezident seçkisi üzrə səsvermədə iştirak qaydalarını da açıqlayıb: “Seçki hüququna malik Gürcüstan vətəndaşları xarici ölkədə səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatı və ya ünvan qeydiyyatında olmalıdırlar. Qeydiyyatı olmayan vətəndaşlar oktyabrın 7-nə qədər müvafiq diplomatik nümayəndəlik və ya konsulluq idarələrində qeydiyyatdan keçməlidirlər”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb, 6 nəfərin isə namizəd kimi qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR