Slimfit
  1. COĞRAFİYA

Gürcüstanda təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək

Gürcüstanda təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək
Sakura

Gürcüstanda təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək. SİA Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq nazir Giorgi Qaxariya xüsusi əmr imzalayıb. Əmrə əsasən xüsusi qruplar sentyabrın 30-dək tam formalaşdırılacaq.

DİN-in müxtəlif təyinatlı strukturlarının əməkdaşlarının daxil olacağı xüsusi qruplar seçkiqabağı kampaniya zamanı və səsvermə günü baş verə biləcək bütün hüquqpozmaların qarşısını alacaq. Bu qruplar, həmçinin seçki bülletenlərinin hazırlanması və paylanması qaydalarına da nəzarət edəcək.

Seçki günü bu qruplar seçki məntəqələrinin yaxınlığında sabitliyə nəzarət edəcəklər.

Bu qruplar, həmçinin bütün siyasi qrupların hüquqlarını bərabər şəkildə qoruyacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR