Dərc edildi: Baxış sayı: 502
Gürcüstanda siqaretlə bağlı - Yeni qadağa
Gürcüstanda yanvarın 1-dən etibarən tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq.
Axar.az xəbər verir ki, mövcud qüvvədə olan qanunvericiliyə əsasən Gürcüstanda kafe, restoran, kinoteatr, digər bina və ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır. Yanvar ayından etibarən bu siyahıya idman meydançaları və böyük stadionlar da əlavə olunacaq.
Qanunu pozan şəxslərə maliyyə sanksiyaları tətbiq olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət