Slimfit
  1. DÜNYA

Gürcüstanda nazir Rusiya bayrağına görə istefaya göndərilib

Gürcüstanda nazir Rusiya bayrağına görə istefaya göndərilib
Sakura

Gürcüstanda nazir Rusiya bayrağına görə istefaya göndərilib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.

Report”un Gürcüstan bürosu xəbər verir ki, buna Rusiya bayraqları səbəb olub.

Belə ki, Batumidə beynəlxalq folklor festivalı çərçivəsində bu gün şəhərin mərkəzində keçirilən yürüşdə Rusiyanın Rostov şəhərini təmsil edən iştirakçılar əllərində Rusiya bayraqlarını tutublar.

Festival təşkilatçıları bildiriblər ki, iştirakçılar Rusiyanı təmsil etməyiblər və onlar etnik ruslar olublar.

Batumidə Rusiya bayraqlarının məhz Gürcüstanın Müstəqillik günündə meydana gəlməsi muxtar respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkili ilə bağlı məsuliyyəti Acarıstan MR-in Təhsil, Mədəniyyət və İdman Nazirliyi daşıyıb.   

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR