Dərc edildi: Baxış sayı: 794
Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı tam sağaldı
Gürcüstanda koronavirusa yoluxan Marneuli rayonundan olan 62 yaşlı azərbaycanlı qadın tam sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, pasiyentin ümumi vəziyyəti yaxşıdır: “O, xəstəxanaya daxil olarkən çox ağır vəziyyətdə idi. Qadın artıq tam sağalıb və bir neçə saatdan sonra evə buraxılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət