Slimfit
  1. AZƏRBAYCAN

Gürcüstanda azərbaycanlı gənclər Avropa səfirləri olacaq

Gürcüstanda azərbaycanlı gənclər Avropa səfirləri olacaq
Sakura

Gürcüstanda azərbaycanlı gənclər Avropa səfirləri olacaq

Tbilisidə milli azlıqları təmsil edən gənclər üçün nəzərdə tutulmuş “Gənc Avropa Səfirləri” layihəsi təqdim olunub.

Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzində keçirilmiş təqdimat mərasimində Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak edib.

Bildirilib ki, gələn ilin may ayına qədər davam edəcək layihə çərçivəsində milli azlıqların yaşadıqları bölgələrdə Gürcüstanın NATO və Avropaya inteqrasiyasının əhəmiyyəti ilə bağlı məlumatlandırıcı görüşlər keçiriləcək.

K.Tsixelaşvili deyib ki, layihə çərçivəsində müxtəlif etnik mənsubiyyətli gənclər hazırlıq mərhələsini keçiblər: “Biz hər zaman qeyd edirik ki, cəmiyyətimiz NATO və Avropaya inteqrasiya kursunu dəstəkləyir. Əsas vəzifəmiz ondan ibarətdir ki, Gürcüstanın hər yerində yaşayan etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız bu seçimin düşünülmüş olduğunu dərk etsinlər”.

Layihənin ilkin mərhələsində azərbaycanlı və erməni gənclər Gürcüstanın NATO və Avropaya inteqrasiyası, Avropa dəyələri mövzularında təlim keçəcəklər. İkinci mərhələdə gənclərdən ibarət mobil qruplar milli azlıqların məskunlaşdığı 60 kənddə şagird, onların valideynləri və müəllimlərlə 79 məlumatlandırıcı görüş keçirəcək.

“Gənc Avropa Səfirləri” layihəsi NATO və Aİ üzrə İnformasiya Mərkəzi, Gürcüstan BMT Assosiasiyası (UNAG), Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Aparatı və ABŞ-ın USAID təşkilatının dəstəyi ilə ikinci dəfədir həyata keçirilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR