Gürcüstanda Azərbaycanın ümummilli liderinin xatirəsi anılıb
Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Ens.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatı əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, iş adamları və ictimaiyyət nümayəndələri Tbilisidə Heydər Əliyev adına parka ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.
Anım tədbiri daha sonra Rustavi şəhərində davam etdirilib. Şəhərdə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət olunub.
Tədbirə səfirlikdə ulu öndərin həyat və fəaliyyətinə həsr olunan xatirə mərasimi ilə yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət