Dərc edildi: Baxış sayı: 500
Gürcüstanda 1400-dən çox Azərbaycan vətəndaşı işləyir
Ötən il Gürcüstanda çalışan Azərbaycan vətəndaşların sayı 1 433 nəfər təşkil edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Businesspressnews” nəşri yazıb.
Gürcüstanın Gəlirlər Xidmətinin statistik məlumatına əsasən, 2019-cu ildə ölkədə 106 ölkənin vətəndaşları əmək fəaliyyəti ilə məşğul olub.
Qonşu ölkəyə işləmək məqsədilə gedən xarici vətəndaşların ilk 10-luğunda Azərbaycan Türkiyədən sonra ( 2 828 vətəndaş) ikinci yeri tutub. Üçüncü yerdə isə 1 411 nəfərlə Çin qərarlaşıb.
Ötən il Gürcüstanda 12 525 xarici vətəndaş əmək fəaliyyəti ilə məşğul olub ki, bu da illik müqayisədə 828 nəfər çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət