Dərc edildi: Baxış sayı: 454
Gürcüstanda 10 tibb işçisi koronavirusa yoluxdu
Gürcüstanda tibb işçilərinin koronavirusa yoluxması təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, 10 tibb işçisinin COVID-19 infeksiyasına yoluxması klinika, poliklinika və təcili tibbi yardım şöbələrində qeydə alınıb.
A.Qamkrelidze qeyd edib ki, rəhbərlik etdiyi mərkəz tibb müəssisələri üçün təlimat və bir sıra tövsiyələr hazırlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət