Dərc edildi: Baxış sayı: 287
Gürcüstana reyslər sanksiyaları pozur? - Zaxarova
Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası heç bir Qərb sanksiyalarını pozmur.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz bu aviareyslərin hansısa qadağaları pozması barədə çox eşitmişik. Rusiya və Gürcüstan arasında aviareyslər heç bir sanksiya rejimini pozmur. Hətta bu sanksiyaların qanunsuz tətbiq edilməsinə baxmayaraq...” - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, 2023-cü ilin mayından Rusiya və Gürcüstan arasında aviareyslər bərpa edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət