Slimfit
  1. AZƏRBAYCAN

Gürcüstan XİN Azərbaycanın işğal altındakı ərazilərində keçirilən turnirə münasibət bildirib

Gürcüstan XİN Azərbaycanın işğal altındakı ərazilərində keçirilən turnirə münasibət bildirib
Sakura

Gürcüstan XİN Azərbaycanın işğal altındakı ərazilərində keçirilən turnirə münasibət bildirib

Gürcüstan Xarici İşlər Nazirliyi CONİFA tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilən tədbirə münasibət bildirib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, açıqlamada bildirilir ki, tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatı keçirilir. 

"Həmin tədbirin təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları Konfederasiyasıdır. Əsasən, tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatları FİFA və UEFA tanımır. Buna görə Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz.

Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir və bu bir sıra beynəlxalq sənədlər və bəyanatlarda əks olunub. Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir", - Gürcüstan XİN-in məlumatında qeyd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR