Slimfit
  1. DÜNYA

Gürcüstan və Özbəkistan mühüm saziş imzaladı

Gürcüstan və Özbəkistan mühüm saziş imzaladı
Sakura

Gürcüstan və Özbəkistan mühüm saziş imzaladı

Özbəkistan Gürcüstan vasitəsilə Avropa və ABŞ-a yüklərin fasiləsiz daşınmasını təmin etmək niyyətindədir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bu fikirlər Tiflisdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripovun gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşündə səslənib.

Gürcüstan hökumət administrasiyasından verilən xəbərə görə, görüşdə Gürcüstanın tranzit potensialı və Orta dəhlizin beynəlxalq formatda təşviqinin vacibliyi müzakirə olunub. Söhbət zamanı tərəflər islahatlar sahəsində gələcək təcrübə mübadiləsinə, eləcə də iqtisadiyyat və ticarət əlaqələri sahəsində əməkdaşlıq potensialından tam istifadə etməyə hazır olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, 2021-2022-ci illərdə ikitərəfli ticarət dövriyyəsində əhəmiyyətli artım var. Gürcüstan Özbəkistanı mühüm tərəfdaş hesab edir, investisiyaların cəlb edilməsində əməkdaşlıqda maraqlıdır.

Qeyd edilib ki, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 160,1 milyon dollar təşkil edib.

Görüşün yekununda Gürcüstan və Özbəkistanın baş nazirləri 2023-2024-cü illər üçün ikitərəfli əməkdaşlığın inkişafı planını təsdiq ediblər. Həmçinin, iki ölkənin ticarət və sənaye palataları arasında İşgüzar Şuranın yaradılması haqqında saziş imzalanıb.

Qeyd edək ki, Gürcüstan və Özbəkistan 1994-cü ilin avqustunda diplomatik əlaqələr qurub.

Daşkənddə Gürcüstan səfirliyi fəaliyyət göstərsə də, Özbəkistanın Gürcüstanda səfirliyi açılmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR