Dərc edildi: Baxış sayı: 589
Gürcüstan Rusiyanı məhkəməyə verdi
Gürcüstan İnsan Haqları Avropa Məhkəməsində Rusiyaya qarşı dövlətlərarası iddia qaldırıb.
Oxu.Az xəbər verir ki, iddia Abxaziya və Cənubi Osetiya ərazilərində “gürcü əhalinin kütləvi sıxışdırılması” ilə əlaqəlidir. Sənəddə həmçinin Gürcüstan vətəndaşlarının “işğal xəttində” saxlanılması faktları əksini tapıb.
İddiada 2016-cı ildə Abxaziya sərhədçilərinin Gürcüstan vətəndaşı Qiqi Otxozoriyanı qətlə yetirdikləri və 2018-ci ilin fevralında Sxinvalda digər Gürcüstan vətəndaşı – Arçil Tatunaşvilinin ölümü qeyd olunub.
Bu və analoji cinayətlərə görə Gürcüstan Rusiyanı ittiham edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət