Dərc edildi: Baxış sayı: 478
Gürcüstan-Rusiya sərhədinə gedən avtomobil magistralı bağlanıb
Gürcüstandan Rusiyaya gedən avtomobil magistralı güclü qar, yolların buz bağlaması və qar uçqunu səbəbindən üçüncü gündür ki, bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Departament rəhbərinin müavini Qeorqi Tsreteli deyib ki, əvvəlki iki gündə yüngül minik avtomobilləri Gürcüstan-Rusiya sərhədini keçsə də, yanvarın 16-dan yol bütün avtomobillər üçün bağlanıb. Onun sözlərinə görə, eyni zamanda, Mtsxeta-Stepantsminda-Lasr avtomagistralının Qudauri-Kobi hissəsi də bütün növ avtomobillər üçün bağlanıb.
Daha bir neçə magistralda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət