Slimfit
  1. DÜNYA

Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliyə veto qoyacaq

Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliyə veto qoyacaq
Sakura

Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliyə veto qoyacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının ölkənin Seçki Məcəlləsinə etdiyi düzəlişi veto edəcək.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə prezident administrasiyasnın bəyanatında bildirilib. Qeyd olunub ki, bu düzəlişlər Venesiya Komisiyasının və Avropa İttifaqının 9 tövsiyəsinə ziddir.

“Bu gün Baş nazir ilk beynəlxalq səfərini Brüsselə edərkən və ölkədə beynəlxalq müşahidə missiyası varkən Gürcüstan parlamenti, hakim çoxluq Seçki Məcəlləsinə həm Venesiya Komissiyasının, həm də Aİ-nin 9 tövsiyəsinə zidd olan düzəlişləri qəbul etdi”, - Prezident qeyd edib.

Zurabişvili bildirib ki, qəbul edilən düzəlişlərlə Seçki Məcəlləsi hakim “Gürcü Arzusu” partiyasının maraqlarına uyğunlaşdırılıb. O, seçkilərin tək partiya tərəfindən təşkil edilməsi riski olduğunu, hakim partiya tərəfindən idarə edilən qərəzli seçki prosesinə həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyət tərəfindən etimadsızlıq göstəriləcəyini qeyd edib.

Vurğulanıb ki, Prezident ölkənin Avropa yoluna uyğun gəlməyən bütün digər qanun layihələri kimi bu düzəlişi də veto edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR