Slimfit
  1. DÜNYA

Gürcüstan iri transmilli şirkətlərə misli görünməmiş güzəştlər təqdim edəcək

Gürcüstan iri transmilli şirkətlərə misli görünməmiş güzəştlər təqdim edəcək
Sakura

Gürcüstan iri transmilli şirkətlərə misli görünməmiş güzəştlər təqdim edəcək

 Gürcüstan hökuməti iri transmilli şirkətlərə misli görünməmiş güzəştlər təqdim edəcək.

Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, transmilli şirkətlər güzəştlərdən onların baş ofislərinin Gürcüstanda açılacağı təqdirdə yararlana biləcəklər.

M.Baxtadze qeyd edib ki, güzəştlərlə bağlı təklif dünyanın 500 ən iri şirkəti daxil olmaqla, böyük sayda iri transmilli şirkətlərə aid olacaq: “Bu, Gürcü Arzusu Partiyasının bölgənin iqtisadi mərkəzinə çevrilməsi ilə bağlı strategiyasının yerinə yetirilməsinə töhfə verəcək”.

Baş nazirin təşəbbüsü qanun layihəsi formasında hazırlanıb və yaxın gələcəkdə parlamentə təqdim olunacaq.

Hökumət başçısı həmçinin bildirib ki, gələn il Gürcüstanda yeni Gömrük Məcəlləsi qəbul olunacaq ki, bu da ölkənin dünya iqtisadiyyatına daha effektiv inteqrasiyasına töhfə verəcək: “Yeni məcəllə Avropa İttifaqının standartlarına tam cavab verəcək və İttifaqla azad ticarət rejimindən istifadədə bizə kömək edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR