Slimfit
  1. DÜNYA

Gürcüstan hökuməti marixuana ilə bağlı qanun layihəsini parlamentdən geri götürəcək

Gürcüstan hökuməti marixuana ilə bağlı qanun layihəsini parlamentdən geri götürəcək
Sakura

Gürcüstan hökuməti marixuana ilə bağlı qanun layihəsini parlamentdən geri götürəcək

Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək.

Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze patriarx II İlya ilə bu gün keçirdiyi görüşdən sonra bildirib.

O deyib ki, qanun layihəsinin qanunverici orqandan geri çağırılması cəmiyyətin bu məsələyə münasibəti ilə əlaqədardır.

Qeyd edək ki, II İlya ilə keçirilən görüşdə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria da iştirak edib.

Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini ötən ayın əvvəlində iki ay müddətinə təxirə salıb. Hökumətin hazırladğı qanun layihəsini Gürcüstan Patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR