Slimfit
  1. DÜNYA

Gürcüstan gələn il elektromobil istehsalına başlayacaq

Gürcüstan gələn il elektromobil istehsalına başlayacaq
Sakura

Gürcüstan gələn il elektromobil istehsalına başlayacaq

Gürcüstan yaxın vaxtlarda elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına başlayacaq. Bunun üçün Kutaisidə zavod inşa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze məlumat verib. Hökumət başçısı deyib ki, dünyanın iri avtomobil istehsalçılarından olan “Changan” şirkəti Gürcüstanda elektrik avtomobilləri zavodunun tikintisi barədə qərar qəbul edib. Onun sözlərinə görə, “Cahangan” dünyada məşhur olan “Volvo”, “Volkswagen” və “Ford” şirkətlərinin strateji tərəfdaşıdır.

M.Baxtadze qeyd edib ki, zavodun illik istehsal gücü 40 min avtomobil olacaq. Avtomobillərin 50 faizi daxili bazarda satılacaq, qalan 50 faizi isə Avropa İttifaqı ölkələrinə ixrac ediləcək. Elektrik avtomobilləri 4 modeldə buraxılacaq və ölkənin bütün vətəndaşları üçün əlçatan olacaq.

“2020-ci ildən etibarən elektrik avtomobillərinin satışını həyata keçirə biləcəyik”, – deyə Baxtadze bildirib.

 

Xətayi Əzizov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR