Dərc edildi: Baxış sayı: 457
Gürcüstan dörd ölkəyə iqtisadi məsələlər üzrə attaşe təyin edəcək
Gürcüstanın Xarici İşlər Nazirliyi iqtisadi məsələlər üzrə dörd attaşe seçib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri David Zalkaliani bildirib.
O, attaşelərin hansı ölkəyə təyin olunacağını açıqlamayaraq qeyd edib ki, onlar Gürcüstan üçün prioritet olan dövlətlərə göndəriləcəklər: “Attaşelər hazırlıq prosedurlarını başa çatdırandan sonra Gürcüstan üçün önəmli ölkə və regionlara təyinat alacaqlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət