Dərc edildi: Baxış sayı: 613
Gürcüstan beynəlxalq aviareyslərə məhdudiyyətlərin müddətini uzadıb
Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlər noyabrın 1-dək qüvvədə qalacaq.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.
Məhdudiyyətlər Münhen, Paris və Riqa istiqamətləri üzrə yerinə yetirilən uçuşlara aid edilməyəcək.
Qeyd edək ki, bundan öncə Gürcüstanda beynəlxalq uçuşlara məhdudiyyətlərin müddəti sentyabrın 30-dək uzadılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət