Dərc edildi: Baxış sayı: 610
Gürcüstan-Azərbaycan sərhədində koronavirus yoxlamaları
Koronavirusla bağlı Gürcüstan-Azərbaycan sərhədində xüsusi həyəcan yaşanmır. Ölkəmizin cənub sərhəd keçid məntəqələrindən fərqli olaraq burada müayinə və müalicə xarakterli çadırlar qurulmayıb.
“Qırmızı Körpü” buraxılış məntəqəsində termovizor qurğuları vasitəsilə sərhədi keçən şəxslərin temperaturu yoxlanır. Hərarəti yüksək olan insanlar virus təhlükəsi ilə bağlı karantinə alınır.
Məntəqənin daxilində xüsusi təcili tibbi yardım avtomobili və həkim briqadası gündəlik növbə çəkir.
Ölkəmizə daxil olan avtomobillərin şinləri də gömrük əməkdaşları tərəfindən dezinfeksiya edilir.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət