Slimfit
  1. SİYASƏT

Gürcüstan-Azərbaycan sərhədi açılır?

Gürcüstan-Azərbaycan sərhədi açılır?
Sakura

Gürcüstan-Azərbaycan sərhədi açılır?

Gürcüstanın qonşu ölkələrlə quru sərhədlərinin açılması hələ tövsiyə olunmur.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze "Pirveli" televiziyasına bildirib.

Onun sözlərinə görə, 4 qonşu ölkənin hər birinin əhalisi çoxdur:

"Bu vaxta qədər Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə sərhədlər bağlı olaraq qalır. Quru sərhədlə sərbəst hərəkətin bərpası indiki mərhələdə məsləhət görülmür".

Mərkəz rəhbəri deyib ki, qonşu ölkələrdən Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması xüsusi protokola uyğun həyata keçirilir:

"Pandemiya dövründə karantinə alınanların 25%-də koronavirus aşkarlanıb. Karantinə yerləşdirmə efffektiv tədbirdir və biz virusa yoluxan hər hansı bir şəxsin virusu yaymasına imkan verməmişik".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan-Gürcüstan sərhədi vasitəsilə sərbəst hərəkət martın 14-dən dayandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR