![Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı](https://ensiklopediya.az/images/news/gurcustan-aspa-da-fealiyyetini-dayandirdi.jpg)
Dərc edildi: Baxış sayı: 124
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
Gürcüstan nümayəndə heyəti bu gündən AŞPA-dakı fəaliyyətini dayandırır.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani jurnalistlərə bildirib.
Onun sözlərinə görə, AŞPA-da qəbul olunan qətnamədə yer alan şərtlər ədalətsiz və əsassız olduğu üçün qəbuledilməzdir.
"Nümayəndə heyətinin üzvləri Gürcüstan dövləti və xalqına qarşı ədalətsiz münasibətin dəyişməsindən, şantaja son qoyulmasından sonra AŞPA-dakı iştirakını bərpa edəcəklər", - T.Tsulukiani deyib.
Qeyd edək ki, qətnamədə irəli sürülmüş şərtlər Gürcüstanda yeni parlament seçkilərinin təyin olunması, mübahisəli qanunlara yenidən baxılması və siyasi məhbusların azadlığa buraxılmasından ibarətdir.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət