Dərc edildi: Baxış sayı: 496
Güneydə Xocalı bir dəqiqəlik sükutla anılacaq
Güney Azərbaycanın qərb bölgələrində Xocalı qətliamının 28-ci il dönümü münasibəti ilə anım mərasimi keçiriləcək.
Güney azərbaycanlı fəalların Axar.az-a verdiyi məlumata görə, Təbriz vaxtı ilə 11:30-da Xocalı şəhidlərinin ehtiramı üçün 1 dəqiqəlik sükut olacaq.
Eyni zamanda, Tehranda da Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçiriləcək.
Aksiyalar Güney Azərbaycanın milli-mədəni fəalları tərəfindən təşkil edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət