Slimfit
  1. AZƏRBAYCAN

Güney Azərbaycan əsilli Türkiyə vətəndaşı millət vəkilliyinə namizədliyini irəli sürüb

Güney Azərbaycan əsilli Türkiyə vətəndaşı millət vəkilliyinə namizədliyini irəli sürüb
Sakura

Güney Azərbaycan əsilli Türkiyə vətəndaşı millət vəkilliyinə namizədliyini irəli sürüb

Güney Azərbaycan əsilli Türkiyə vətəndaşı Camal Məhmədxanoğlu müxalif Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizədliyini irəli sürüb.

O, Report-a açıqlamasında deyib ki, Türkiyədə yaşayan 3 milyondan çox Azərbaycan türkünün səsini qazanaraq, millət vəkili seçilmək istəyir.

C.Məhmədxanoğlu vurğulayıb ki, Azərbaycan türkləri Türkiyənin əsl vətəndaşlarıdır: "Sayı 50 milyondan çox Azərbhaycan türklərinin diaspor təşkilatları ilə əlaqələrim var. Partiyamızın Azərbaycan türkləri ilə əlaqəsinin zəif oldğunu görürəm. Çoxu müasir, dünyəvi, demokrat düşüncəli olan Azərbaycan türkləri ilə CHP arasında münasibətlərin daha da güclənməsi üçün millət vəkili ollmaq istəyirəm.

Həyatımın son 10 ilində İrandakı Azərbaycan türklərinin sülhsevər, azadlıq və demokratiya uğrunda mübarizəsini müdafiə etmişəm. Bu mübarizənin Türkiyə və dünyada tanınması üçün fəaliyyət göstərmişəm. Millət vəkili olaramsa, bu sahədə fəaliyytim daha uğurlu olacağını düşünürəm”.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR