Slimfit
  1. TEXNOLOGİYA

Günəşin yeni ləkəsi bütün elektron cihazlara təhlükədir

Günəşin yeni ləkəsi bütün elektron cihazlara təhlükədir
Sakura

Günəşin yeni ləkəsi bütün elektron cihazlara təhlükədir

Araşdırmaçılar Günəş səthində əmələ gələn nəhəng bir ləkənin dünyadakı elektron cihazlara zərər verə biləcəyi və texnoloji qaralmalara səbəb ola biləcəyi xəbərdarlığını etdi.

Kosmosla bağlı proqnoz verənlər, Günəş səthində böyük ləkənin əmələ gəldiyini və Dünyanın Günəşdən saçılan kosmik hissəciklərinə məruz qalacağını təsbit etdilər. Bu vəziyyət, həqiqətən də ciddi problemlərə səbəb ola bilər.

Fins.az xəbər verir ki, Günəş ləkələri, ulduzumuzun səthi altında yaşanan maqnetik dəyişmələrdən qaynaqlanır. Ancaq bəzən bu maqnetik bir kürə meydana gətirir və ətrafına günəş parıltıları saçır. Bu parıltılar da kosmosa kosmik hissəciklər saçır.

Bu kimi günəş ləkələri əslində olduqca sıx müşahidə olunur, ancaq araşdırmaçılar, bu dəfəki ləkəni çox böyük olaraq təyin edir. Space Weather adlı saytda, yeni ləkənin Günəşin şərq tərəfində olduğu ifadə edildi. AR2738 adlı ləkənin qaranlıq nüvəsi o qədər böyükdür ki, Dünyanı uda bilər. Bu ləkə, köhnə bir Günəş dövrü olan 24 ilə əlaqələndirilir.

Günəş ləkəsinin təsirlərini tam olaraq Dünyaya dönmədən əvvəl təxmin etmək çətindir. Hər nə qədər Dünyanın maqnetik sahəsi Günəş ləkələrindən gələn radiasiyaya maneə törətsə də, peyk əsaslı rabitəni qoruyacaq qədər geniş deyil. Bu səbəblə də peyk əsaslı rabitə və texnologiyalar risk altında olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR