Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Günəş vannasının dəriyə müsbət və mənfi təsiri

Günəş vannasının dəriyə müsbət və mənfi təsiri
Sakura

Günəş vannasının dəriyə müsbət və mənfi təsiri

Havalar istiləşdikcə çimərliyə üz tutanlar və günəş vannası qəbul edənlər çoxalır. Bütün canlılar üçün həyat mənbəyi olan günəş şüaları dəriyə dərindən təsir göstərəndə qan damarlarının genişlənməsinə və hərarətin artmasına səbəb olur. Nəticədə tərləmə yaranır ki, bu da bədənin toksinlərdən təmizlənməsi prosesidir. Bunda əlavə günəş işığı beynin hormonal funksiyalarının normal fəaliyyətinə də kömək edir.

AZƏRTAC xəbər verir ki, günəş şüaları altında qaralmağın orqanizmə xeyri olsa da, onun ifrat dərəcədə qəbulu olduqca zərərlidir. Belə ki, bu şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Həkimlər günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxildə qəbul edilməlidir.

Zərərli günəş şüalarından qorunmaq üçün bir sıra vacib məqamlara əməl olunmalıdır. Günəşin zenitdə olduğu ən isti saatlarda vanna qəbul etmək düzgün deyil. Yüngül günəş yanıqları zamanı xüsusi yağlar, məlhəmlər və kremlərdən istifadə etmək olar. Lakin gün yanığı dərinin daha dərin qatlarına təsir göstəribsə, bu zaman mütəxəssisə müraciət etmək mütləqdir. Çünki belə vəziyyətlərdə həkim yardımı olmadan müalicə ilə məşğul olmaq sonradan dəridə piqmentasiyaların əmələ gəlməsinə və iz qalmasına səbəb ola bilər.

Qeyd edək ki, qaydalara uyğun olaraq günəş şüasi qəbul edilməsi dəridə olan bir sıra problemlərin aradan qalxmasına kömək edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR