Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Günəş şüaları hansı saatlarda daha faydalıdır?

Günəş şüaları hansı saatlarda daha faydalıdır?
Sakura

Günəş şüaları hansı saatlarda daha faydalıdır?

Günəş şüalarının faydaları və zərərləri haqda çoxlarımızın məlumatı var. Günəş bizə çox faydalıdır. D vitamini sintezi üçün Günəş şüalarına ehtiyacımız var. Amma biz onu da bilməliyik ki, Günəş şüaları dəridə qırışlar yaradır, kollageni parçalayır, ləkələr əmələ gətirir. 

Ens.az e-tibb.az-a istinadən xəbər verir ki,bunu dermatoloq, uzman həkim Lalə Cahangirova açıqlayıb. Onun sözlərinə görə, bunlardan əlavə, Günəş şüası birbaşa dərimizin hüceyrə nüvəsinə təsir edərək orda mutasiyaya səbəb olur, ona görə də törəmələr yaranır. Hansı hüceyrəyə təsir etməsindən asılı olaraq fərqli törəmələr meydana gəlir, hətta bu, onkoloji xəstəliklərə qədər təkan verə bilir. Sırf bu səbəbdən Günəş şüalarının altında çox qalmaq olmaz.

Dermatoloq deyib ki, səhər saatlarında - 8-9-10-da hətta hətta qoruyucu kremlərdən istifadə etmədən belə Günəş vannası qəbul etmək olar. Bu, D vitamini sintezi üçün yetərli sayılır.

Mütəxəssis, qadınlar, uşaqlarla yanaşı kişilərin də Günəş qoruyucu kremlərdən istifadə etməsinin lazım olduğunu bildirib.

Dəri növündən asılı olaraq kremlərin seçilməsinə gəlincə, həkim deyib ki, quru dərisi olanların qoruyusunun xüsusi bir növünü seçməsi şərt deyil. Amma yağlı, məsaməli, sızanaqlara meylli dərisi olanlar qoruyucu kremləri dərirlərinə, problemə uyğun seçməlidirlər.

Dermatoloq onu da deyib ki, pandemiya dövründə istifadə olunan virusdan qoruyucu maskaların digər müsbət tərəfi Günəşdən qoruyucu olmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR