Slimfit
  1. ARAŞDIRMA

Günəş sisteminin kəşfi üçün daha bir addım

Günəş sisteminin kəşfi üçün daha bir addım
Sakura

Günəş sisteminin kəşfi üçün daha bir addım

ABŞ-ın Nasa kosmik agentliyinin hava gəmisi New Horizons (Yeni Üfiqlər) Günəş sisteminin uzaq sərhədlərindəki bir göy cisminə yaxınlaşacaq.

Hər şey planlaşdırıldığı kimi olarsa, kosmik aparat Ultima Thule adı verilən göy cisminin şəkillərini çəkib bunları dünyaya göndərəcək.

Yer kürəsinə 6,4 milyard kilometr uzaqda olan Ultima Thule Kuiper kəməri deyilən bölgədədir.

Bu bölgədə 4,6 milyard il öncə Günəş sisteminin yaranmasından sonra ortaya çıxmış kaya parçaları və cücə planetlər var.

Layihənin müəllifləri New Horizons-ın tapşırığını "Günəş sisteminin kəşfi yolunda çox böyük daha bir addım" kimi qiymətləndirib.

Kosmik aparatın çəkəcəyi şəkillərin Dünyaya çatması isə 20 ay çəkəcək.

Layihə müəllifləri deyirlər ki, ilk dəfədir Kuiper qurşağında bir cismə yaxınlaşa və onun nəyə bənzədiyini görə biləcəklər.

 

 

Mənbə : Bbc.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR