Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Günəş ləkələri, sızanaqlar, ziyilləri belə də təmizləmək olur- Fitoterapevtdən məsləhət

Günəş ləkələri, sızanaqlar, ziyilləri belə də təmizləmək olur- Fitoterapevtdən məsləhət
Sakura

Günəş ləkələri, sızanaqlar, ziyilləri belə də təmizləmək olur- Fitoterapevtdən məsləhət

Dərdiə olan ləkələrə, eləcə də digər problemlərə qarşı bir çox təbii vasitələrdən də istifadə olunur. Həkim-fitoterapevt Fizuli Hüseynov Günəş ləkələri, eləcə də ziyyllərə, ət xallarına, sızanaqlara təsir edən soda-limon maska resepti təqdim edib. Fitoterapevt bildirib ki, yayda sifətdəki ləkələr həm çoxalır, həm də yeniləri əmələ gəlir. Sifət üçün müxtəlif maskalar var, amma maskaların mahiyyətini öyrənib sonra istifadə etmək lazımdır. Onun sözlərinə görə, maskanı heç vaxt birdən-birə sifətə çəkmək olmaz, çünki əks təsirləri ola, allergiya verə bilər, sifətə fayda əvəzinə zərəri dəyər. Həkim qeyd edib ki, soda-limon maskası sifətin mühitini qələvi mühitə çevirərək dəridəki ləkələrə, sıznaqlara, səpgilərə çox effektli təsir edə bilir. Ümumiyyətlə, bu maska həm də bədəndə əmələ gəlmiş ət xalları, ziyillər, həm də Günəş ləkələri üçün faydalıdır: “Maskadan 5-6 dəfə istifadə etdikdən sonra sifətdəki ləkələr azalmırsa, inad edərək istifadə etmək lazım deyil, deməli ləkələr daxili maddələr mübadiləsinin pozulmasına görə əmələ gəlib daxildən müalicə olunmalıdır”.

Hazırlanma qaydası: 1 xörək qaşığı sodanın üstünə limon sıxılır, bildiyimiz xəmir kimi olanda (təxminən 2 çay qaşığı qədər limon şirəsi) sifətə dairəvi formada çəkilir, 10 dəqiqə saxlanılır, sonra yuyulur, təmizlənilir, qurudulur və nazik qatla kakao və ya jojobo yağı çəkilir. Maska 2 gündən bir edilməlidir. Birinci istifadə əl üzərinə edilməlidir, dəridə qızartı, çox quruluq, qırışlar əmələ gəlsə, istifadə etmək olmaz.

Ziyil və kondiloma üstünə istifadə qaydası: Plastrın üstündə ziyilin ölçüsü boyda dəlik açın, dəriyə yapışdırın, elə edin ki, ziyil görünsün. Hazırlanan maskadan noxud boyda ziyilin üzərinə qoyub üstünə yenə plastr yapışdırın, 2 saatdan sonra təmizləyin. Bunu ziyillər, xallar və kondilomalar tam keçənə qədər etmək lazımdır.

Mənbə: E-tibb.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR