Slimfit
  1. CƏMİYYƏT

Günəş küləyinin sürətinin artacağı gözlənilir - ETSN

Günəş küləyinin sürətinin artacağı gözlənilir - ETSN
Sakura

Günəş küləyinin sürətinin artacağı gözlənilir - ETSN

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Axar.az-a verilən məlumata görə, Günəş fəallığı orta səviyyədə olub, 10 santimetr dalğa uzunluğunda radioalışmalar baş verib. Bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. Günəşin səthində 86 ləkə və böyük tac dəliyi müşahidə edilir. Günəş küləyinin maksimal sürəti saniyədə 658 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (295 km/san). Radiasiya (proton) qasırğası baş verib, geomaqnit qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir.

Günəş küləyinin sürətinin martın 20-də artacağı gözlənilir.

TKA-nın təsirilə martın 20-də G1 (zəif) geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Həmçinin tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin martın 24-də Yerə təsiri gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR