Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gündüz yatmaq həyat üçün təhlükəlidir

Gündüz yatmaq həyat üçün təhlükəlidir
Sakura

Gündüz yatmaq həyat üçün təhlükəlidir

ABŞ-ın Con Hopkins Universitetinin və Qocalma problemləri üzrə milli İnstitutunun alimləri yetərsiz gecə yuxu ilə həyat səviyyəsini pisləşdirən və vaxtsız ölümə səbəb olan “Alzheimer” xəstəliyi arasında əlaqəni müəyyən ediblər. 

Oxu.Az xəbər verir ki, məlumat “EurekAlert!” nəşrində yerləşdirilib. 

Mütəxəssislər 1958-ci ildən başlayan və üç mindən çox insanı əhatə edən “Baltimore Longitudinal Study of Aging” araşdırmasını analiz ediblər. 1991-2000-ci illər ərzində könüllülər arasında gündüz yatmaqla bağlı sorğu keçirilib.

Mütəxəssislər sorğudan keçən 123 könüllü üzərində 16 il müddətində araşdırma aparıb. Məlum olub ki, gündüz yatmağa üstünlük verən şəxslərdə digər insanlara nisbətən amiloidlərin toplanma riski üç dəfə daha çoxdur. 

Alimlər hesab edirlər ki, gündüz yatmaq pis gecə yuxusu ilə əlaqədardır və bunun nəticəsində insan orqanizmində naməlum mexanizm ilə beta-androidlərin inkişaf edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR