Slimfit
  1. DİN

Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?

Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?
Sakura

Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?

Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq.

1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”.

2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin”.

3. Behişti görmək. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”.

4. Şəfaəti vacib edər. Əziz Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər kim mənə hər gündüz və gecə salavat göndərərsə, şəfaətim onun üçün vacib olar”.

5. Qiyamət gününün susuzluğunu aradan aparar. Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “ Ey Musa! Qiyamət gününün susuzluğunun səni əhatə etməsini istəmirsənmi?”.

Deyir: Bəli, istəmirəm.

Allah buyurur: “Bu gün dünyada mənim həbibimə salavat göndər ki, sabah Qiyamətin susuzluğundan amanda olasan”. (Beytutə)

Mənbə: Deyerler.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR