Slimfit
  1. MARAQLI

Gündə cəmi 1 enerji içkisi içirdi və 41 yaşında ürək çatışmazlığından öldü

Gündə cəmi 1 enerji içkisi içirdi və 41 yaşında ürək çatışmazlığından öldü
Sakura

Bu, düşündüyünüzdən daha təhlükəlidir.

49 yaşlı amerikalı Kassondra Reynoldsın əri 2011-ci ildə vəfat edib. Ürəyi dayananda onun cəmi 41 yaşı vardı.

İndi Kassondra hər kəsi bu cür faciəvi nəticəyə səbəb olan içkilərin təhlükələri barədə xəbərdar etmək istəyir. Budur onun hekayəsi:

5 fevral 2011-ci il səhəri həyatımız əbədi olaraq dəyişdi. Həmin şənbə səhəri 10 il birlikdə yaşadığım ərim, ən yaxşı dostum, can yoldaşım, bütün həyatımın sevgisi və 3 şirin oğlanın gözəl atası, yatağında infarkt keçirdi.

Oyandım və onun necə boğulduğunu eşitdim. O anda düşündüm: “Bu həqiqətən baş verirmi? Bu necə mümkündür? ”

Yoldaşımın cəmi 41 yaşı vardı, sağlam, idmançı bədən quruluşuna sahib idi, hər gün işləyirdi və bu pristupdan bir ay əvvəl kəskin ürək xəstəliyinin inkişaf riskini təyin edən EKQ və stress testi də daxil olmaqla, tam tibbi müayinədən keçmişdi.

3 ay əvvəl keçirdiyim bel əməliyyatından yenicə sağalmışdım, ancaq anladım ki, ürək masajı etmək üçün ərimi necəsə döşəməyə uzatmalıyam, amma edə bilmədim.

Ərimin göyərən üzünə baxırdım və Allaha yalvardım ki, onu aparmasın. Yoldaşımdan məni və oğlanları tərk etməməsini xahiş etdim, necə sevdiyimizi və ona ehtiyacımız olduğunu söylədim.

Ürək masajını necə edəcəyimi izah edən 911 operatoru ilə danışdım. Oğullarımızın otağa necə girdiyini xatırlayıram, amma otaqlarına qayıtmalarını əmr etdim.

Yadımdadır, necə ağlamağa başladılar və soruşdular: "atamıza nə oldu?"

Mənə elə gəldi ki, təcili yardım əsrlər boyu olmadı, əslində isə 3 dəqiqədən sonra gəldi. O vaxta qədər artıq tükənmişdim və eyni tempdə masaj edə bilmədim və təcili yardım işçiləri məni əvəz etdilər.

Həkimlər ərimi ayıltmağa çalışarkən bir an dedim: "Allah, getdi!" O anda həqiqətən ruhunun bədənindən ayrıldığını hiss etdim. Otaqdan çıxmağımı xahiş etdilər.

Yadımdadır, içəri girib onlardan öldüyünü eşifəcəyimi düşünürəm. Hərçənd huşsuz olsa da, o, sağ çıxdı. Rahatlandığımı hiss edirdim - o hələ də nəfəs alırdı. Düşündüm ki, belə yaxşıdır, yalnız sağlamlığını bərpa etmək lazım olacaq.

Sonradan məlum oldu ki, qanında şəkərin miqdarı yüksək səviyyəyə qalxıbmış. Həkimlər pristupun səbəbinin diabet ola biləcəyini söylədilər. Onlara izah etdim ki, o diabet xəstəsi deyil!

Onu ürək xəstələri üçün reanimasiya şöbəsinə köçürdülər . Mənə izah etdilər ki, onu ürək dayanması və beyni oksigen aclığı yaşamış xəstələrin həyatını dəstəkləyən bir cihaza qoşacaqlar.

Həkim mənə dedi:

“Ürəyi 25 yaşlı kimi güclüdür. Pis vərdişi olmayan, ürək və digər xəstəliklərdən əziyyət çəkməyən 41 yaşlı sağlam bir insanın infarkt keçirməsi - bu normal deyil. Səbəbini tapmalıyıq".

Həyat yoldaşımda şübhəli simptomların olub -olmadığını soruşdu, nə ilə məşğul olmasıyla maraqlandı. Bütün suallarına cavab verdim: düzgün qidalanır, hər gün işləyir, siqaret çəkmir, bəzən pivə içə bilər, heç bir dərman qəbul etmir, ürək sağlamlığı üçün yalnız vitamin və omega-3 içir.

Ona işdə nə etdiyini, gecə növbələri barədə danışdım. Həkim enerjili içkilər içib-içmədiyini soruşdu. Mən müsbət cavab verdim və əlavə etdim: "Ancaq gündə bir dəfə, işdən əvvəl."

Həkim dərhal enerji içki istifadəsinin yüksək şəkərə səbəb olduğunu söylədi. Ərimdən yenidən analiz götürdülər və qanında yüksək miqdarda kofein tapıldı. Həkim izah etdi ki, hətta bir şüşə enerji içkisi də ürəyin ritmini poza və ürək aritmiyasına səbəb ola bilər.

Onun sözlərinə görə, insanların enerjili içki istifadəsi səbəbindən ürəyində problemlər yaranması hallarını artıqlması ilə görüb. Bu cür içkiləri içmək öz taleyinlə rus ruleti oynamaq kimi bir şeydir.

Şoka düşdüm və yalnız gündə bir qab enerji içkisinin sağlamlığa belə zərər verə biləcəyinə inana bilmədim.

Ərimi komadan çıxardılar, ancaq o hələ də huşsuz halda idi. Yataq otağımda yaşadığım hiss məni tərk etmədi: mənə elə gəldi ki, ruhu bədənini tərk edib. Edə biləcəyim tək şey dua idi.

Ərim təxminən 2 həftə huşsuz vəziyyətdə yatdı. Uşaqların yanına gəlməsinə icazə vermədim - pis olmamaları üçün. Onunla hər şeyin yaxşı olub-olmadığını və nə vaxt evə qayıdacağını soruşurdular, amma yalan danışmaq istəmədim.

Bilmədiyimi söylədim və dedim ki, həkimlər və tibb bacıları ona qulluq edirlər. Doktor mənə ərimin beyninin çox zədələndiyini xəbərdar etdi - oksigensiz çox qalıb, buna görə reabilitasiyası uzun çəkə bilər və komadan çıxdıqdan sonra heç vaxt əvvəlki kimi olmaya bilər.

2011-ci il fevralın 19-da ataları ilə vidalaşmaq üçün övladlarımı xəstəxanaya gətirdim. Suallar başımda fırlanırdı:

“Bu necə mümkündür? Niyə qalxıb bizimlə birgə evimizə getmir? Onun gözəl mavi gözlərini son dəfə görəndə nə olacaq? ”

Hər şey duman içində olduğu kimi oldu. Uşaqlar, dostlar və qohumlar onunla vidalaşdılar və artıq vaxt gəldi.

Dostlarım oğlanlarımızı qəbul otağına apardılar - atalarının son nəfəsini görmələrini istəmirdim. Ərimin valideynləri, qardaşı və arvadı, bir də tibb bacısı palatada qaldı. Ərimi cihazdan ayırdılar.

Onun əlini sıxaraq son 30 dəqiqə ərzində bu gözəl insanın yavaş-yavaş həyatdan ayrıldığı son anadək oturdum. O, mənim üçün hər şey idi! Sınmış halda evə qayıtdım. Ağlım baş verənləri qəbul etməkdən imtina edirdi. Ürəyim parçalanırdı.

Bir neçə gündən sonra həkim mənə başsağlığı vermək üçün zəng etdi. Ailəmizin başına gələnlərin həqiqətən ürəyinə toxunduğunu söylədi. Söhbət əsnasında soruşdum: “Bu içkilər bu qədər təhlükəlidirsə, niyə hələ də satışdadır?”

Bildirdi ki, həkimlər çox vaxt enerji içkilərinin istifadəsinin ölümcül olduğu hallar barədə Qida və Dərmanlara Nəzarət İdarəsinə məlumat vermirlər. Cəmiyyət onlar haqqında yalnız media vasitəsi ilə məlumat əldə edir.

Mənbə: lifter.com.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR