Slimfit
  1. ARAŞDIRMA

Gündə bir fincan qəhvə insan ömrünü neçə dəqiqə uzadır?

Gündə bir fincan qəhvə insan ömrünü neçə dəqiqə uzadır?
Sakura

Gündə bir fincan qəhvə insan ömrünü neçə dəqiqə uzadır?

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, son illər bir neçə nüfuzlu elmi tədqiqatlar eyni zamanda nəticəyə gəliblər ki, qəhvə içmək insan sağlamlığına gözlənilməz üstünlüklər verir. Üstünlüklərdən biri vaxtından əvvəl ölüm risqinin azalması ilə bağlıdır. 
 
Tədqiqatlar göstərir ki, hətta gündə bir fincan qəhvə içmək vaxtından əvvəl ölüm risqini azaldır və həzmetmə problemləri ilə əlaqədar yaranan ölüm risqlərini də aradan qaldırır.
 
Hər gün 350 qram qəhvə içən adamlar 16 il ərzində vaxtından əvvəl ölüm risqini 12% , üç fincan içən isə 18% bu təhlükəni azaltmış olur. Kembric Universitetinin alimləri bununla əlaqədar hesablayıblar ki, gündəlik standart fincanda qəhvə içmək kişilərin ömrünü üç ay, qadınlarınkın  isə bir ay artırır.
 
Başqa sözlə desək,  bir fincan qəhvə kişilərin ömrünü hər gün 9 dəqiqə, qadınlarınkın isə üç dəqiqə uzadır. Bu qənaətə Londonun İmperiya Kollecinin və Cənubi Kaliforniya Universitetinin alimləri gəliblər. Antioksidantla zəngin bu içki bir çox xəstəliklərin, o cümlədən xərçəngin də qarşısını alır. Qəhvə sağlam diyeta, həm də həyat tərzidir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR