Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gündə 3 fincan qəhvə içmək "sağlamlıq üçün faydalıdır"

Gündə 3 fincan qəhvə içmək "sağlamlıq üçün faydalıdır"
Sakura

Gündə 3 fincan qəhvə içmək "sağlamlıq üçün faydalıdır"

Gündə 3-4 fincan qəhvə içmək sağlamlıq üçün faydalı ola bilər, BMJ (Britaniya Tibb Jurnalı) nəşrində dərc olunmuş icmalda bildirilib.

Keçirilmiş tədqiqatların nəticələrinə əsasən bu miqdarda gündəlik qəhvə içilməsi ciyər xəstəlikləri və infarktın, eləcə də xərçəngin bəzi növlərinin yaranması riskini azaldır.

Lakin bunun səbəbinin yalnız kofe ilə bağlı olması sübuta yetirilməyib.

Araşdırmada eyni zamanda qeyd olunur ki, hamilələlik dövründə qəhvənin böyük miqdarda qəbul edilməsi ziyanlı ola bilər.

Ekspertlər bildirir ki, kofeni dərman əvəzinə sağlamlıq məqsədi ilə və ya xəstəliyin qarşısnı almaq məqsədilə qəbul etmək məsləhət deyil.

Southampton Universitetinin əməkdaşları qəhvənin insan orqanizminə təsirini tədqiq edən 200-dən çox elmi araşdırmanın nəticələrini nəzərdən keçirərək yuxarıda qeyd olunmuş müəyyən nəticələrə gəlib.

Qeyd olunub ki, qəhvə içməyənlərlə müqayisədə gündə 3 fincan kofe içənlərdə ürək xəstəliyinin yaranması və ya bu növ xəstəliklərdən ölmə riski, aparılmış tədqiqatların nəticələrinə əsasən, azalır.

Qəhvə içməyin ən böyük xeyri isə ciyər xəstəliklərinin və ən əsası, ciyər xərçəngi riskinin azaldılması hesab olunub.

Eyni zamanda Southampton Universitetinin tibb fakültəsinin professoru Paul Roderick qeyd edib ki, qəhvənin sağlamlığa təsiri təhlil edilərkən eyni zamanda "insanın yaşı, siqaret çəkib-çəkməməsi, idman edib-etməməsi kimi amillər də nəzərdən qaçırılmamalıdır".

Qəhvə məhdud miqdarda içilərsə, sağlamlıq üçün faydası artır.

 

"Həyat boyu yaranan risklərin müəyyən balansı mövcuddur, müəyyən miqdarda qəhvə qəbul etmək riskləri üstələyir," - o deyib.

Britaniya həkimləri hamilə qadınlara gündə kofeinin miqdarı 200 milliqramdan çox olmamaq şərti ilə iki fincan qəhvə içməyi məsləhət görür, bundan çox miqdar isə uşaqsalma riskini artıra bilər.

Kofein miqdarı rəqəmlərdə

  • həllolunma qəhvə - bir fincan: 100 milliqram
  • üyüdülmüş qəhvə - bir fincan: 140 milliqram
  • çay - bir fincan: 75 milliqram
  • kola - bir banka: 40 milliqram
  • energetik içki - 250 millilitrlik banka : 80 milliqramadək
  • şokolad plitkası: 25 milliqramdan az
  • südlü şokolad plitkası: 10 milliqramdan az

Alimlər qəhvəni aşırı miqdarda şəkər, süd və ya qaymaq və eləcə də müxtəlif növ yağlı qəlyanaltılar qəbul etmədən içməyi məsləhət görür.

Qəhvəni şirin və yağlı qəlyanaltısız işmək daha xeyirlidir.

John Hopkins Bloomberg İctimai Sağlamlıq Məktəbindən Eliseo Guallar qeyd edir ki, böyük miqdarda qəhvə qəbul etməyin orqanizmə necə təsir göstərməsinə hələlik qeyri-müəyyənlik mövcuddur.

"Lakin məhdud miqdarda qəhvə içmək, göründüyü kimi, faydalıdır və böyüklər üçün sağlam pəhrizin tərkib hissəsi ola bilər", - ekspert vurğulayıb.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR