Dərc edildi: Baxış sayı: 612
Hər gün 1 yumurta yeməklə insult riskini xeyli azaltmaq mümkün imiş
Hər gün 1 yumurta yeməklə insult riskini xeyli azaltmaq mümkün imiş.
Axar.az xəbər verir ki, Çin alimləri belə qənaətə gəliblər. Pekin Universiteti alimləri 9 il ərzində yaşı 30-dan 79-a qədər olan 420 min insanın qidalanması göstəricilərinə nəzarət edib.
Mütəxəssislər aşkar ediblər ki, hər gün yumurta yeyən insanlarda bu məhsulu yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə insult riski 26%, insultdan ölüm riski isə 28% daha azdır.
Həmçinin yumurta yeyən insanlarda digər ürək-damar xəstəliklərinin riski də 18% daha azdır.
Tədqiqatçılar ağır ürək və damar xəstəliklərindən qorunmaq üçün hər gün yumurta yeməyi tövsiyə edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət