Slimfit
  1. MARAQLI

Gülüş ürəyin dərmanıdır

Gülüş ürəyin dərmanıdır
Sakura

Gülüş ürəyin dərmanıdır

Çox sayda araşdırmaların nəticələri pəhriz və idmanın sağlam həyatın açarı olduğunu göstərsə də, ürək həkimləri sağlam olmaq üçün gülməyi də məsləhət görür.

Kendra Martin ipək paltarlardakı üç qızın şəklini çəkir. Onlar fırlandıqca Hendra onlara “gülümsəyin” deyir. “Mən insanların saxta gülmələrini istəyirəm və onlar bunu edirlər. Nəticədə bu saxta gülüş həqiqi gülüşə çevrilir.”

Kameraya düşən bu gülüşlər sonra sizin üzəyinizə düşür. Kardioloq Anand Çokalinqam: “Biz gülümsəyəndə beyində dəyişikliklər əmələ gəlir. Beyindəki kimyəvi maddələr pozitiv hal alır.”

Kardioloq Anand Çokalinqamın dediyinə görə, gülümsəmək stresslə mübarizənin ilk addımıdır və bunun potensial nəticələri var. Siz stress keçirərkən adrinalin və kortizol daxil olmaqla, sizin orqanizminizdəki hormonlar azalır.

Adrinalin ürək döyüntüsünü və təzyiqi yüksəldir. Kortizol isə stress hormonudur və bu hormon qanda şəkəri artırır. Bu sizə hansısa təhlükə zamanı yardım edə bilər, lakin sizdə xroniki stress varsa bu hormonlar ürək xəstəliyi də daxil olmaqla, bir çox xəstəliklərə səbəb ola bilər.

Stress altında olan insanlar adətən çıxış yolunu siqaret çəkmək, artır yemək və başqa zərərli vərdişlərdə axtarır. Bunlar isə ürəyin düşmənidir. “Gülmək insanı rahatladır. Bu rahatlıq isə birbaşa qan təzyiqini və qandakı şəkəri tənzimləyir” - deyə, Anand Çokalinqam bildirir.

Doktor Çokalinqam deyir ki, o, xəstələrinə bir saatda 20 dəfə gülümsəməyi tövsiyə edir. “Biz gülümsəyəndə streslə sağlamlıq arasındakı əlaqəni kəsmiş oluruq.”

Təbəssüm Kendra Martinin işini yüngülləşdirir və bu gülüş az da olsa insanların ürəyinin sağlamlığına yardım edir.

 

Mənbə: Amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR