Slimfit
  1. ƏDƏBİYYAT

Gülşad - Təsnifi-Gülşad

Gülşad - Təsnifi-Gülşad
Sakura

Gülşad - Təsnifi-Gülşad

Göydən ötən bölgü-bölgü durnalar,
Bizdən salam olsun Əcəm elinə.
Yaşıl geymiş sarı telli durnalar,
Bizdən salam olsun Əcəm elinə.

Bizi Apardılar tatar xanına
Fitvanı verdilər yesir qanına.
Bir namə göndərdim Məşhəd kanına
Bizdən salam olsun Əcəm elinə.

Bizi göndərdilər Şahiseridən,
Rum ölkəsi varid oldu yesirdən.
Ol Şamü Hələb, şəhri Misirdən
Bizdən salam olsun Əcəm elinə.

Beş qız idik bir arada, bu yerdə,
Ya İlahi, dərman elə bu dərdə!
Canım durna, hər vətəndə, hər eldə
Bizdən salam olsun Əcəm elinə.

Axan çaylar yesirlərin yaşıdır,
Ahu0naləm göydə mələk eşidir.
Canım durna, çərxi-fələk işidir
Bizdən salam olsun Əcəm elinə.

Budur gəldi yesirlərin karvanı,
Çağıraram, ya mövlana, ya qəni!
Qara geydi Əcəm pirü cavanı,
Bizdən salam olsun Əcəm elinə.

Bizi ayırdılar ata-anadan,
Ya rəbbim, sən qurtar bu qəmxanadan!
İstanbul şəhrindən, Qostantinadan
Bizdən salam olsun Əcəm elinə.

Bu sözü söyləyən yanar özündən,
Yaş yerinə qan tökülər gözündən.
Məlik, gəl qan bu Gülşadın sözündən
Bizdən salam olsun Əcəm elinə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR