Slimfit
  1. BİOQRAFİYA

Gülnarə Xəlilova

Gülnarə Xəlilova
Sakura

Gülnarə Vidadi qızı Xəlilova - «Gülnarə Xəlilova MODA EVİ»-nin təsisçisi, modelyer-dizayner, teatr və…

Gülnarə Xəlilova (Tam adı: Gülnarə Vidadi qızı Xəlilova; d.3 iyun 1972, Azərbaycan, Bakı) — «Gülnarə Xəlilova MODA EVİ»-nin təsisçisi, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünas.

 

Həyatı

Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır.

 

Ailəsi

Ailəlidir, iki övladı var:

  • Cavid
  • Züleyxa

 

Fəaliyyəti

Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır. 2009-cu ilin iyul ayında SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi tərəfindən Bakıda keçirilən “Milli geyimlər və müasir modada ümumilik” problemi ilə bağlı beynəlxalq simpoziumda “XIX əsr Azərbaycan geyimlərinin forma və növçeşidliyi” mözvusunda məruzə ilə çıxış etmişdir. 2010-cu ilin iyun ayında isə Ankara şəhərində keçirilən Beynəlxalq Ənənəvi Moda Nümayişi və sərgisində onun hazırladığı milli geyimlər nümayiş etdirilmiş, “Azərbaycanın qədim geyim mədəniyyəti” mövzusunda məruzəsi dinlənilmişdir. Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

 

Pedoqoji fəaliyyəti

Gülnarə Xəlilova həmçinin pedoqoji fəaliyyətlə də məşğuldur. Gülnarə Xəlilova 2014-2015-ci illərdə Rəssamlıq Akademiyasında çalışmışdır. 2017-ci ildən isə Xəzər Universitetində baş müəllimdir. Yeni Azərbaycan partiyasınəın üzvüdür.

 

Yaradıcılıq işləri

2010-cu ilin Fevral ayında Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərinin məşhur kitabxanasında yaradılmış Azərbaycan güşəsinə milli geyim nümunələrini təqdim etmiş, bununla əlaqədar Qadınların Beynəlxalq Sülh Hərəkatı Fondunun sədri Suzanna Mübarək tərəfindən təşəkkür məktubu almışdır. 2010-cu ilin may ayında Çin Xalq Respublikasındakeçirilən ənənəvi “Beauty Of The World 2010” Beynəlxalq gözəllik müsabiqəsində Azərbaycan təmsil edilməsi üçün təqdim olunmuş geyim “Ən gözəl ziyafət paltarı” nominasiyasında 1-ci yerə layiq görülmüşdür. Modelyer kimi fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar tərəfindən keçirilən müsabiqələrdə, tədbirlərdə iştirak etmiş, dəfərlərlə mükafatlarla, fəxri adlarla təltif olunmuşdur. 2005-ci ildən indiyədək Heydər Əliyev fondunun və Azərbaycan Dövlət müsabiqələrinin aparıcılarının milli geyimlərinin tərtibatını vermişdir. Gülnarə Xəlilova kinematoqrafiyada da uğurlu işləri ilə fərqlənmişdir. O cümlədən «Kişiləri qoruyun», «Aktrisa» filmlərinin geyim üzrə ressamı olmuşdur. 

2015-ci ilin aprel ayinda Milli geyim kolleksiyası Heyder Əliyev Fondu və birinci Avropa Oyunlari Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə “Baki-2015” birinci Avropa oyunlarının təqdimatı çərçivəsində Londonda uğurla nümayiş etdirilmişdir. 2015-ci ilin iyul ayinda Rusiya Federasiyasının İrkutsk şəhərində kecirilən VI Beynəlxalq Etnik Kostyumu “Etno-Podium 2015” Festivalında münsif qismində iştirak etmiş, Festival çərçivəsində keçirilən konfransda mühazirə ilə çıxış etmiş, həmcinin milli geyim kolleksiyasından geyimlər nümayiş etdirmişdir. 2016-cı ilin noyabr ayinda Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində kercirilən ənənəvi Moda Həftəsində “Xalçalarin dili” geyim kolleksiyasını böyük uğurla nümayiş etdirmis və “Creative İndustries Awards” mükafatına layiq görülmüşdür. 2017-ci ildə Avstriya Respublikasının VyanaŞəhərində keçirilən "Miss Union" gözəllik yarışmasında Azərbaycan Respublikasını təmsil edən münsif olmuş, orada geyim kolleksiyasını uğurla nümayiş etdirmişdir. 2018-ci ildə Türkiyə Respublikasında 14-cü İpək Yolu ilin altın adamları mükafat mərasimində "Türk dünyasında ilin modelyeri" adına layiq görülmüşdür. 2018-ci ilin sentyabr ayında QırğızıstanMədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qırğızıstan Respublikasında keçirilən 3-cü Ümumdünya Köçəri Oyunları və Beynəlxalq Etno-mədəniyyət festivalında Azərbaycanı "Turan" kolleksiyası ilə təmsil etmişdir.

Modelyer kimi fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar tərəfindən keçirilən müsabiqələrdə, tədbirlərdə iştirak etmiş, dəfərlərlə mükafatlarla, fəxri adlarla təltif olunmuşdur. Gülnarə Xalilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunmuş bir necə kitabların və kataloqların müəllifidir. 2005-ci ildən indiyədək Heydər Əliyev fondunun və Azərbaycan Dövlət Televiziya Şirketinin  birğə layihələri əsasında kecirilən muqam ifaçılığı müsabiqələrinin aparıcılarının milli geyimlərinin tərtibatını vermiş, bu möhtəşəm tədbirlərin uğurla başa çatması naminə səylə çalışmışdır.

 

Mükafatları

  1. "İlin paltarı" (Bakı, 2002)
  2. "Bakı Payızı" (Bakı, 2002)
  3. "Mətbuatın Dostu" (Bakı, 2006, 2010)
  4. "İlin İşgüzar Xanımı" (Bakı, 2007,2009,2010)
  5. "İlin Dəbli Personası" (Bakı, 2007,2008,2012)
  6. "İlin Modelyeri" (Bakı, 2007)
  7. "Uğur Zirvəsi" (Bakı, 2009)
  8. "Qızıl Buta" (Bakı,2012)
  9. "Azərbaycan Bayrağı" (Bakı, 2011)
  10. "İlin Ən Gözəl Ziyafət Geyimi" (Çin Xalq Respublikası, 2010)
  11. "İlin Ən Yaxşı Modelyeri" (Kəmər, Türkiyə, 2012)
  12. "The First" (Bakı, Azərbaycan, 2011,2012,2013)

 

Filmoqrafiya

  1. Kişiləri qoruyun (film, 2006)
  2. Aktrisa (film, 2011)(tammetrajlı bədii film)-geyim üzrə rəssam; rol: televiziya aparıcısı
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR