Slimfit
  1. İQTİSADİYYAT

Gülnarə Xaydarşina: “AMB uçot dərəcəsinin artırılması üzrə fasiləni uzadacaq”

Gülnarə Xaydarşina: “AMB uçot dərəcəsinin artırılması üzrə fasiləni uzadacaq”
Sakura

Gülnarə Xaydarşina: “AMB uçot dərəcəsinin artırılması üzrə fasiləni uzadacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 26-da keçiriləcək İdarə Heyətinin iclasında faiz dərəcələrinin artırılması üzrə fasilənin uzadılacağı və təkrar maliyyələşdirmə dərəcəsinin dəyişməz olaraq 9 % səviyyəsində saxlanılacağı gözlənilir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

Belə bir qərarın lehinə olan əsaslar sırasında G.Xaydarşina, hələ də təkrar maliyyələşdirmə dərəcəsini üstələyən inflyasiyanın davamlı olaraq yavaşlamasını, əhalinin əmanətlərinin dollarlaşma səviyyəsinin sabit olmasını, xarici inflyasiya fonunun zəifləməsini, qeyri-neft-qaz sektorunun inkişafı üçün əlavə şəraitin yaradılması zərurətini göstərib.

"İnflyasiyanın davamlı yavaşlamasını nəzərə alaraq, AMB tərəfindən yumşaldılma istiqamətində addım atılacağını istisna etmirik. Mərkəzi Bank iyun ayında keçirilən iclasında pul siyasətinin sərtləşdirilməsi dayandırılıb, faiz dərəcəsi isə 9 % səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı və yuxarı həddi müvafiq olaraq 7,5 % və 10 % səviyyəsində saxlanılıb.

Həmin vaxt AMB-dən məsələ belə şərh edilmişdi ki, uçot dərəcəsinin artırılmaması qərarı yenilənmiş makroiqtisadi proqnozlara və inflyasiyaya təsir edən amillərə əsaslanır. Mərkəzi Bank vurğulamışdı ki, yeni konfiqurasiyada pul alətlərindən müvafiq istifadə, məcburi ehtiyat tələblərinin artırılması və makroprudensial tənzimləmədə dəyişikliklərlə yanaşı faiz dərəcəsinin artırılması və faiz dəhlizinin digər parametrlərinin tənzimlənməsi ilə bağlı daha əvvəl görülmüş tədbirlər inflyasiya təzyiqinin qarşısını alıb.

Həmin vaxt AMB onu da qeyd etmişdi ki, dezinflyasiya tendensiyası davam edərsə, birdəfəlik sərtləşdirmənin gələcəkdə daha da yumşalma perspektivi ilə ən azı sentyabr ayına qədər dayandırılacağı gözlənilir. İnflyasiyanın yavaşlamasının sabit tendensiyaya çevrildiyini nəzərə alaraq, gələn həftə monetar sərtləşdirmədə fasilənin uzadılacağını gözləyirik”, - “Qazprombank”ın baş iqtisadçısı bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR