Slimfit
  1. MƏDƏNİYYƏT

Güllü-çiçəkli köynəklər, qısa şortlar: Bu ilin kişi dəbi

Güllü-çiçəkli köynəklər, qısa şortlar: Bu ilin  kişi dəbi
Sakura

Güllü-çiçəkli köynəklər, qısa şortlar: Bu ilin kişi dəbi

Yay mövsümündə kişilərin gündəlik həyatda geyinmədiyi libaslar ön plana çıxır. Ancaq yenə də sadəcə trendlərə görə yox, mühakimələrə fikir vermədən stilinizin təkmilləşdirilməsi üçün belə libaslara şans verməlisiniz.

Kişilərin sandallarla arası yaxşı olmasa da, onlar 2018-ci ildə də dəbdədir. Üstəlik, onların yanında çəkələklər də var. Ağ corab və sandal cütlüyündən qurtulmaq istəyirsinizsə, çəkələklərin daha risksiz və dəbli olduğunu bildiririk.

Sandalları seçərkən idman və maskulen tərzdə olanlara üstünlük vermək kombinlərinizi daha rahat birləşdirməyə kömək edəcək.

Yox, əgər çəkələk almaq istəyirsinizsə, trendlərə uyğun olmaq üçün qrafik naxışlı olanları, ya da üzərində loqo olan şəpitləri seçin. 

Ümumiyyətlə, yeni mövsümdə başdan ayağa loqolara bürünmək trendə çevrilib.

Uzun müddətdir hər kəsin ayağında görməyə öyrəşdiyimiz, rahatlığı sayəsində bir dəfə geyinənin ayağından çıxarmaq istəmədiyi “Birkenstock” çəkələkləri də unutmamaq lazımdır.

Hörgülü ayaqqabılar və çəkələklər də trenddə ilk sıralardadır.

Bu il “Versace” “Yaz-Yay 2018” kolleksiyası zamanı kostyum və smokinləri də sandallarla kombinləmişdi.

Bundan başqa, enli şortlar əvəzinə dar kişi şortları dəbdə olacaq və daha da qısalmağa davam edir. 

Xüsusilə də Azərbaycan kişilərinin qısa şortları seçmədiyini bilirik. 

Ancaq şortlar düzgün kombinləşdiriləndə proporsiyanızı hər zamankından doğru göstərir. 

Boyunuzun uzun ya da qısa görünməsi şortunuzun üstündən geyinəcəyiniz köynək və ya tişörtə bağlıdır.

Şortlar barədə sizə digər tövsiyyəmiz isə hər zaman geyindiyiniz parça və ya kətan yerinə cins şortlar seçməyinizdir. 

Qısaqol köynəklərə də bir az sevgi ilə yanaşmaq lazımdır. 

Başlanğıc üçün “Kuba varatnik”li köynəkləri seçə bilərsiniz. Yeni mövsümdə qarşımıza çıxan bu köynəklər rənglər və naxış əvəzinə yaxaları ilə gözə çarpır. Yay mövsümünün şablonlaşan güllü-çiçəkli naxışlarının bu köynəklərə də yaraşdığı şübhəsizdir.

Bakıda bu qədər risk alıb, güllü və naxışlı köynək geyinmək istəməsəniz, tək rəng köynəkləri seçə bilərsiniz. Bizim tövsiyyəmiz isə mavi rəngdir. Riskə getmək istəməsəniz, bu üsul daha çox əlverişlidir.

İsti yay axşamlarında həmin köynəyin günəşdən yanan dərinizə uyğun olan naxışlı köynəyinizdən daha az diqqət çəkəcəyindən əminik. 

Yay tətillərində rahat geyindiyiniz libasların şəhərdə geyinilməsi bir az çətin olsa da, hər biri doğru kombinlənəndə şəhərdəki ən dəbli kişilərdən biri olacaqsınız.

Pərviz Hüseyn

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR