Slimfit
  1. İDMAN

Güləş üzrə Azərbaycan çempionatı başlayır

Güləş üzrə Azərbaycan çempionatı başlayır
Sakura

Güləş üzrə Azərbaycan çempionatı başlayır

Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki (sərbəst – 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq, 125 kq, yunan-Roma – 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-u saat 16:30-da başlayacaq.

Reqlamentə əsasən, ilk yarış günündə – dekabrın 18-də yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq. Ölkədə qadın güləşçilərin say azlığından bu növdə yenə güclülər müəyyənləşdirilməyəcək.

Qeyd edək ki, çempionat "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq. Bakı İdman Sarayına giriş pulsuzdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR