Güləş üzrə açıq respublika turniri davam edir
Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 22-ci açıq respublika turniri davan edir. SİA-nın məlumatına görə, yarış 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
İyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65 kq) çəki dərəcəsi üzrə keçirilən mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.
Turnirin ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət