Slimfit
  1. İDMAN

Güləş millimiz Çeçenistanda 22 min dollar qazandı

Güləş millimiz Çeçenistanda 22 min dollar qazandı
Sakura

Həftəsonu Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə Əhməd Kadırovun xatirəsinə həsr olunmuş…

Həftəsonu Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. 

Oxu.Az xəbər verir ki, komanda yarışında ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında İslam Bazarqanov (-57 kq), Əhmədnəbi Qvarzatilov(-61 kq), Ənvərbəy Dalqatov (-65 kq), Ağahüseyn MustafayevMurtuzəli Müslimov (hər ikisi -70 kq), Əbubəkr AbakarovHacımurad Hacıyev (hər ikisi -74 kq), İbrahim Yusubov (-79 kq), Murad Süleymanov (-86 kq), Şərif Şərifov (-92 kq), Nurməhəmməd Hacıyev(-97 kq) və Aslanbəy Alborovdan (125 kq) ibarət kollektiv təmsil edib. 

III dərəcəli beynəlxalq hakim Bəşir İsazadənin ədaləti qoruduğu turnirdə altı komandanın iştirakı nəzərdə tutulsa da, son anda Özbəkistan güləşçilərinin Qroznıya səfəri baş tutmayıb. Belədə beş komanda (“Axmat”, Avropa, Azərbaycan, Qırğızıstan, Monqolustan) dairəvi sistem üzrə mübarizə aparıb. 

Qırğızıstana (10:0) və Monqolustana (8:2) qalib gələn millimiz “Axmat” klubuna (3:7) və Avropa seçməsinə (4:6) məğlub olub. Yekunda III yeri tutan yığmamız 22 min dollar pul mükafatına sahib çıxıb. Meydan sahibi “Axmat” çempion kimi 75 min, gümüş medalçı Avropa isə 45 min dollarla mükafatlandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR